Xankəndidə bir neçə binanın yenidən qurulmasına başlanılacaq
Yaxın günlərdə Xankəndidə bir neçə binanın yenidən qurulması işlərinə başlanılacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun sözlərinə görə, antiterror əməliyyatından sonra minalardan təmizlənmiş digər ərazilərdə də tikinti-quruculuq işlərinə başlanılıb. "İlkin olaraq Xocalıda işlərə başlanılıb. Malıbəyli kəndində, Turşsu qəsəbəsində və bir neçə kənddə parallel olaraq işlərə başlanılması nəzərdə tutulur", - deyə sədr müavini əlavə edib.
url:
http://www.kepezfm.az/xeberler/xank%C9%99ndid%C9%99-bir-ne%C3%A7%C9%99-binan%C4%B1n-yenid%C9%99n-qurulmas%C4%B1na-ba%C5%9Flan%C4%B1lacaq