"Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi" Prezident İlham Əliyev
Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bunu Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində səsləndirib. Dövlət başçısı deyib ki, Azərbaycanın Ermənistan ərazisinə iddiası yoxdur, ancaq şantaj dili ilə danışmaq onlara baha başa gələcək. Prezident Ermənistana İkinci Qarabağ müharibəsinin nəticələrini xatırladıb və Xankəndidə səsverməsinin səbəbindən danışan Ölkə rəhbəri orada verdiyi səsi, o qutuya atdığım bülleteni erməni separatçılarının tabutuna vurulan son mismar olduğunu vurğulayıb.
url:
http://www.kepezfm.az/xeberler/xank%C9%99ndid%C9%99-qutuya-atd%C4%B1%C4%9F%C4%B1m-b%C3%BClleten-erm%C9%99ni-separat%C3%A7%C4%B1lar%C4%B1n%C4%B1n-tabutuna-vurulan-son-mismar-idi