Xarici dillər üzrə fəlsəfə doktoru imtahanının nəticələri elan olunub
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən məlumat verilib ki, 302 iddiaçı xarici dillər, 1 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib. 115 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı, 1 əcnəbi iddiaçı isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.
url:
http://www.kepezfm.az/xeberler/xarici-dill%C9%99r-%C3%BCzr%C9%99-f%C9%99ls%C9%99f%C9%99-doktoru-imtahan%C4%B1n%C4%B1n-n%C9%99tic%C9%99l%C9%99ri-elan-olunub