Çempionlar Liqası: 1/8 finalın püşkü atılıb
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Bu mərhələdə “Portu” – “Arsenal”, “Napoli”- “Barselona”, PSJ - “Real Sosyedad”, “İnter” - “Atletiko”, PSV – “Borussiya”, “Latsio” - “Bavariya”, “Kopenhagen” – “Mançester Siti” və “Leyptsiq” – “Real” üz-üzə gələcək. 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.
Lalə Nəsib