Ölkəyə tibbi avadanlıqlar gətirəcəyi vədi ilə dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Ölkəyə müxtəlif təyinatlı tibbi avadanlıqlar gətirəcəyi vədi verərək etibardan sui-istifadə yolu ilə müxtəlif insanlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 1981-ci il təvəllüdlü Ramin Məhərrəmov tutularaq istintaqa təqdim edilib. Barəsində cinayət işi başlanılıb.
Lalə Nəsib