Canlı
Ülviyyə Fətəliyeva “Odlar Yurdu” kollektivinin heyətində çıxış edir

Gəncə şahmatçısı Ülviyyə Fətəliyevanın yer aldığı “Odlar yurdu” Türkiyədə keçirilən klubların Avropa komanda çempionatında çıxışını davam etdirir. Təmsilçimiz 3 turdan sonra turnir cədvəlində 4 xalla 3-cü pillədə qərarlaşıb. İsrail və Gürcüstan şahmatçılarına qalib gələn komandamız son görüşdə Belarus klubuna uduzub. Bu gün keçiriləcək 4-cü turda komandamız ev sahiblərinə qarşı mübarizə aparacaq.

Vəfa Şairova