ÜST rəhbəri maskalardan istifadəni və COVID-ə qarşı peyvənd olunmağı tövsiyə edib
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus bir çox ölkələrdə xəstələnmə hallarının artması səbəbindən qoruyucu maskalardan, COVID-19-a və qripə qarşı peyvənddən imtina etməməyi tövsiyə edir. Təşkilat rəhbərinin sözlərinə görə, tənəffüs yollarında yoluxucu xəstəliklərin sayında artım müşahidə edilib. ÜST bu tendensiyanın bir müddət davam edəcəyinə bildirib.
Lalə Nəsib