Şəhriyar Məmmədyarov 26-cı, Teymur Rəcəbov 27-ci pilləyə düşüb
Beynəlxalq Şahmat Federasiyası dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov geriləyiblər. Rəcəbov 14-cü sıradan 27-yə, Məmmədyarov isə 16-cı pillədən 26-cı mövqeyə düşüb. Siyahıya son Dünya Kubokunun qalibi norveçli Maqnus Karlsen başçılıq edir.
Lalə Nəsib