Şəki və Qubada avtomobil qəzası olub, xəsarət alanlar var
Şəkinin Qoxmuq kəndində "Mercedes" və "Hyundai" avtomobilləri toqquşub. Nəticədə xəsarət alan iki nəfər, Samir İsmayılov və Çingiz Səmədov xəstəxanaya yerləşdiriliblər. Qubada isə “VAZ 21014” maşının sürücüsü idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı yüngül xəsarət alan sürücü sakinlərin köməyi ilə avtomobildən çıxarılıb. Hər iki fakt araşdırılır.
Lalə Nəsib