Şəki və Qusarda narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Şəki penitensiar müəssisəsində məhkum Mirzə Mirzəyevə tanışı Ramin Məmmədov tərəfindən gətirilmiş sovqatda baxış keçirilib. Gödəkçənin astar hissəsində xüsusi üsulla gizlədilmiş 4,116 qram heroin aşkar olunub. Qusarda isə rayon sakini Ruslan Əzizovdan psixotrop maddə metamfetamin götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb.
Lalə Nəsib