Şəmkir sakini toyda bıçaqlandı
Şəmkirin Dəllər-Cırdaxan kəndində keçirilən toy mərasimində kənd sakini 51 yaşlı Elsevər Əkbərli bıçaqlanıb. Yaralı Gəncəyə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının cərrahiyə şöbəsinə gətirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Lalə Nəsib