Şəmkir sakinində silah aşkarlanıb
Şəmkirdə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Xəyal Hüseynov saxlanılıb. Ondan bir ədəd qundağı və lüləsi kəsilmiş, 16 kalibirli “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb. Bundan əlavə, rayon ərazisindəki boş sahələrin birində “Kalaşnikov” markalı avtomat, həmin silaha aid daraq və 96 ədəd patron aşkar edilib.
Lalə Nəsib