Şəmkir və Qusarda evdə partlayış olub, xəsarət alanlar var
Şəmkirin Zəyəm qəsəbəsində evdə partlayışla müşahidə olunan yanğın olub. Hadisə zamanı 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Gənc oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə aparılıb. Qusarın Hil kəndində də analoji hal yaşanıb. Birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələnən partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Lalə Nəsib