Şəmkirdə bitkilərlə əlaqədar səyyar laboratoriya qurulub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Şəmkirdə Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası qurub. Laboratoriyada xüsusi təyinatlı müayinələr aparılır. Bitkilərə ziyan vuran həşərat və gənələr, alaq otları və onların toxumları, göbələk, virus və bakteriya xəstəliklərinin müayinələri həyata keçirilir. Səyyar laboratoriya kifayət qədər nümunənin üzərində sınaqların aparılmasına imkan verir. Nəticələr isə bir neçə dəqiqədən bir neçə saata qədər məlum olur.
Lalə Nəsib