Canlı
Şəmkirdə Cüdo üzrə region birinciliyi keçirilib

Azərbaycan Cüdo Federasiyası tərəfindən Şəmkirdə keçirilən region birinciliyində Gəncə təmsilçiləri rəqiblərindən daha yaxşı çıxış ediblər. Yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar. Kiçik yaşlı yeniyetmə cüdoçuların mübarizəsində Təhsil Respublika İdman Mərkəzinin, nisbətən böyük yaşlı yeniyetmələrin yarışında isə 1 saylı Uşaq Gənclər İdman Məktəbinin komandası ümumi hesabda birinci yeri tutub.

Fərid Mehdiyev