Şəmkirdə həmkəndlilər arasında mübahisə düşüb, 3 nəfər xəsarət alıb
Şəmkirin Morul kəndində M.Mayılovla həmkəndliləri, Y.Sadıqov və N.Zeynalova arasında yaranmış mübahisə zəminində tərəflər bir-birinə xəsarət yetiriblər. Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir. Faktla bağlı araşdırma aparılır.
Lalə Nəsib