Şabran, Zaqatala və Baləkəndə qəza olub, ölən və xəsarət alan var
Bakı-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində Cəfər Həsənovun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər Emin Xudiyev və Nərmin Təhməzova xəsarət alıblar. Zaqatalanın Aşağı Tala kəndidə də “Lada Priora” idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü Orxan Vəliyev və sərnişin Coşqun Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Balakənin Talalar kəndində isə Ruhin Varansovun idarə etdiyi “Ford” Nurşad Məmmədovun sürücüsü olduğu “VAZ-2107” toqquşub. Hadisə zamanı 4 sərnişin xəsarət alıb. Fakt araşdırılır.
Lalə Nəsib