Şabranda avtomobil aşıb, ölən və xəsarət alanlar var
Şabranın Gəndob kəndində minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Nəticədə Bakı sakini - 1997-ci il təvəllüdlü Xədicə Kazımova hadisə yerində ölüb. Avtomobildə olan digər 3 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Fakt araşdırlır.
Lalə Nəsib