Canlı
Şahin Mustafayev Goranboyda, Kəmaləddin Heydərov Beyləqanda qəbul keçirəcək

Mayın 20-də İqtisadiyyat naziri Şahin Mustafayev Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərlərindən və Goranboy rayonundan olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində keçiriləcək. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə mayın 23-də saat 11:00-da Beyləqan şəhərindəki Gənclər Mərkəzinin binasında vətəndaşları qəbul edəcək. Qəbulda yalnız Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Vəfa Şairova