Şahmatçımız dünya çempionatında qızıl medal qazanıb
Azərbaycan idmançısı Ayan Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı iştirak edir.
Lalə Nəsib