Şamaxı və Hacıqabuldakı qəzalarda xəsarət alanlar var
Şamaxının Göylər kəndində QAZ- 31105 markalı avtomobil idarəetməni itirərək maneələrə çırpılıb. Nəticədə Leyla Şəfiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hacıqabulun Muğan qəsəbəsində isə minik maşınının aşması nəticəsində İsrafil Əliyev xəsarətlərlə xəstəxanasına yerləşdirilib. Hər iki fakt araşdırılır.
Lalə Nəsib