Şaxtalı havada sayğacların donvurmadan qorunmasına diqqət olunmalıdır
Qeyri-sabit və şaxtalı hava şəraiti ilə əlaqədar içməli su xətlərinin və sayğacların donvurmadan qorunmasına ciddi diqqət yetirilməlidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi abonentlərin diqqətinə çatdırıb ki, sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir.
Lalə Nəsib