Şirvanda dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Şirvanda polis keçmiş məhkum, Abşeron rayon sakini Nəzrin Əjdərovanı saxlayıb. O, 2 şəhər sakininin etibarından sui-istifadə edərək, onlara güzəştli mənzil almalarına, eləcə də övladlarının ali təhsil müəssisələrində təhsil haqlarını ödənişsiz etdirəcəyinə dair vəd verərək 14 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, qadın həbs edilib.
Lalə Nəsib