Canlı
Şirvanda oğrudan oğurluq edilib

Şirvanda əvvəllər məhkum olunmuş 20 yaşlı Coşqun İsmayılov şəhər sakininin evindən 1500 manatlıq qızıl əşyaları və 750 manat dəyərində noutbuk oğurlayıb. Polis İsmayılovu saxlayıb, barəsində şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Müəyyənləşdirilib ki, İsmayılov oğurladığı qızıl-zinət əşyalarını gizlətdiyi zaman onu görən tanışı Röyal Xələfov sonradan onları götürərək əlbir olduğu tanışları - Gündüz Mirzəyev, Əlizamin İsmayılov və Əsgər Məmmədovla birlikdə lombarda qoyub, əldə olunan pulu aralarında bölüb. Şirvan polisi tərəfindən bu şəxslər də istintaqa cəlb ediliblər.

Vüsalə Camal