Şuşa şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə keçirilir
İşğaldan azad olunan Şuşa şəhərində də növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə keçirilir. Şəhərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb. Şuşa şəhər 1 saylı tam orta məktəbin binasında yaradılan məntəqə səhər saat 8-də açılıb. Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib. Səsverməni 13 nəfər yerli müşahidəçilər izləyir.
Lalə Nəsib