Canlı
Əmək və əhalinin social müdafiəsi naziri Şəmkirdə qəbul keçirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şəmkirdə vətəndaşları qəbul edib. Qəbulda bu rayonla yanaşı Gədəbəy, Tovuz, Ağstafa və Qazax sakinləri də iştirak edib. İmtiyazlı şəxslərin mənzillə və reabilitasiya vasitələri ilə təmin edilməsi, məşğulluğun təminatı, sığorta-pensiya münasibətləri, bərpa müalicəsinə köməklik göstərilməsi kimi məsələlər nazirə ünvanlanıb. Bəzi müraciətlər yerindəcə həllini tapıb.

Fərid Mehdiyev