“Azərbaycanın mina qurbanları artmaqda davam edir” Hikmət Hacıyev
“Azərbaycanın mina qurbanları artmaqda davam edir. Ermənistanın 30 il davam edən işğalı zamanı Azərbaycan torpaqlarını milyonlarla mina ilə zəbt edib”. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyevın paylaşımında deyilir. “10 noyabr 2020-ci ildən 5 fevral 2024-cü ilə qədər 344 nəfər mina partlayışlarının qurbanı olub, onlardan 65 nəfər həlak olub, 279 nəfər xəsarət alıb. Mina qurbanları içində 65 nəfər mülki əhali ölüb, 115 nəfəri isə yaralanıb. ANAMA 1991-ci ildən indiyə kimi 3423 mina qurbanı qeydiyyata alıb. Onlardan 357 nəfəri cavan və uşaq, 38 nəfəri isə qadındır”, - deyə paylaşımda vurğulanıb.
Lalə Nəsib