“Azərbaycana UNESCO missiyası getsin, amma Ermənistana olmaz” yanaşması irqçi mövqedir
Ermənistan Xarici işlər nazirinin müavininin ölkəsinin Qarabağa UNESCO missiyasının göndərilməsi istiqamətində səyləri bu dövlətin hələ də Azərbaycanın suverenliyini təhdid etdiyini, ardıcıl mövqeyinin olmadığını göstərir. Qərbi Azərbaycan İcmasından vurğulanıb ki, Ermənistan digər suveren ölkənin daxili işlərinə qarışmamalıdır. Bu xüsusda, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin acınacaqlı vəziyyətinin araşdırılması məqsədilə UNESCO missiyasının səfərinə razılıq verməlidir. “Azərbaycana UNESCO missiyası getsin, amma Ermənistana olmaz” yanaşması təkəbbürlü və irqçi mövqedir- deyə icmadan qeyd edilib.
Lalə Nəsib