“Kəpəz” rəsmisi: “Məşqçilərə və futbolçulara çatdırılıb ki, hədəf Premyer Liqada qalmaqdır”
“Məşqçilərə və futbolçulara çatdırılıb ki, hədəf komandanı Premyer Liqada saxlamaqdır. İkinci bir məqsəd yoxdur”. “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri cari mövsümünün ilk yarısındakı nəticələrin ürəkaçan olmadığını etiraf edib. “Nəzərə alaq ki, büdcəsi kasad, heç bir sponsoru olmayan “Kəpəz” rəqabəti güclü olan çempionatda mübarizə aparır. Digər komandaların heyətləri kifayət qədər genişdir və güclənməkdə də davam edirlər” - deyən klub rəsmisi elitada qalmaq üçün sona qədər mübarizə aparacaqlarını bildirib.
Lalə Nəsib