“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının seçkiləri müşahidə nəticələrinə dair məlumat yayıb
“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının seçkiləri müşahidə nəticələrinə dair məlumat yayıb. Seçkinin seçicilərin yüksək fəallığı şəraitində, səsvermə prosesinə heç bir müdaxilə halları olmadan keçdiyi bildirilib. Seçki prosesini izləyən beynəlxalq təşkilatların, siyasi partiyaların, ictimai təşkilatların müşahidəçilərinə, müstəqil müşahidəçilərə qarşı heç bir təzyiq, onların prosesi sərbəst izləməsinə maneə törədilməsi halının qeydə alınmadığı vurğulanıb. Seçki məntəqələrində foto və video çəkiliş aparmaq, internet resurslarından istifadə sərbəst olub, media nümayəndələrinin də işinə müdaxilə faktı və ya bu barədə məntəqələrdəki jumalistlərdən koalisiyaya hər hansı şikayət edilməsi halı qeydə alınmayıb.
Lalə Nəsib