“Mançester Siti” dünya çempionatının qalibi olub
İngiltərə komandası “Mançester Siti” klublararası dünya çempionatının qalibi olub. Premyer Liqa təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni məğlub edib. “Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıb. Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub.
Lalə Nəsib