“Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb
Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb. Ağdamlılar Azərbaycanı UEFA Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşma ertələnib. Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı hələ ki, qərar verilməyib. Ancaq klubların əvəzedici heyətləri arasındakı matç təqvimə uyğun şəkildə reallaşacaq. XXIII turun digər görüşləri fevralın 17-18-də keçiriləcək.
Lalə Nəsib