“Qarabağ”ın 15 yaşlılardan ibarət komandası beynəlxalq turnirə qatılacaq
“Qarabağ”ın U-15 komandası Belarusda beynəlxalq turnirə qatılacaq.16 kollektivin 4 qrupa bölündüyü turnirdə Ağdam təmsilciləri Belarus və Rusiyadan olan həmyaşıdları ilə qarşılaşacaqlar. Minskdə baş tutacaq turnir fevralın 7-10-u aralığında start götürəcək.
Lalə Nəsib