“Qarabağ”ın futbolçusu Avroliqada həftənin ən yaxşısı seçildi
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb. Bu ada “Qarabağ”ın futbolçusu Abdullah Zubir layiq görülüb. O, səsvermədə Mauro İkardi, Ruben Loftus-Çik və Anxel Di Mariyanı qabaqlayıb. Zubir “Qarabağ”ın Braqaya 4:2 hesabı ilə qalib gəldiyi matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Lalə Nəsib