“Qarabağ”ın hücumçusu dünyanın ən məhsuldar 60 bombardiri sırasına düşüb
“Qarabağ”ın futbolçusu Olavio Juninyo 2023/2024 mövsümündə milli çempionatlarda vurulan qol sayına görə dünyanın ən məhsuldar 60 bombardiri sırasına düşüb. Braziliyalı hücumçu Azərbaycan Premyer Liqasında vurduğu 13 qolla bunu reallaşdırıb. Fforvard hazırda planetin ən məhsuldar oyunçuları arasında 42-58-ci pillələri bölüşür. Juninyo bu mövsüm bütün turnirlər daxil olmaqla “Qarabağ”ın heyətində 31 oyunda 16 qol vurub.
Lalə Nəsib