“Qarabağ”ın top komandaların reytinqindəki mövqeyi açıqlanıb
Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb. Siyahıda qitənin 415 ən güclü klubu yer alıb. Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 293 xalla 65-cidir. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının “Bayer”lə səfər oyunundan sonra 2 pillə geriləyib. Təmsilçimizin xal hesabı dəyişməyib. Siyahıya 2444 xala malik "Real" başçılıq edir.
Lalə Nəsib