“Qarabağ” – “Braqa” oyununa bütün biletlər satılıb
UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç üçün satışa çıxarılan biletlərin hamısı alınıb. Bu gün reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək.
Lalə Nəsib