“Qarabağ" “Braqa” ilə oyunların iştirak ərizəsini açıqlayıb
“Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Baş məşqçi Qurban Qurbanov 24 futbolçunun adını sifariş edib. Qış fasiləsində transfer edilən Aleksey İsayev də heyətə salınıb. “Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.
Lalə Nəsib