“Qarabağ" Leverkuzenə yollanıb
“Oyuna pis hazırlaşmamışıq”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları “Bayer” ilə cavab matç üçün Almaniyaya yollanarkən jurnalistlərə açıqlamasında deyib. Təcrübəli mütəxəssis şanslarından maksimum istifadə edəcəklərini və sona kimi mübarizə aparacaqlarını bildirib. “Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Bayer”i ilə cavab matçı üçün Köln şəhərinə yollanıb. Azərbaycan çempionu təxminən 6 saatdan sonra Almaniyaya çatacaq. Ağdamlılar Leverkuzenə isə Kölndən yollanacaqlar. "Bayer" - "Qarabağ" matçı martın 14-də, Bakı vaxtı ilə saat 12-də "BayArena” da start götürəcək.
Lalə Nəsib