13 minə yaxın şəxs qızılca peyvəndi olunub
Bu günədək 12 min 882 nəfər qızılca peyvəndi olunub. TƏBİB-dən bildirilib ki, peyvəndlənmə prosesi könüllülük prinsipi əsasında aparılır. Epidemioloji vəziyyətin təhlili göstərir ki, xəstəlikdən ağırlaşma və ölüm halları, əsasən, qızılcaya qarşı peyvənd olunmayan şəxslərdə müşahidə edilir.
Lalə Nəsib