Canlı
2018-ci ildən ölkədə işsizlik sığortası tətbiq ediləcək

Milli Məclis “İşsizliyin icbari sığortası haqqında” qanunu qəbul edib. İşsizlikdən sığorta üzrə sığorta tarifləri işçinin əmək haqqının 0,5 faizi, hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində müəyyən edilir. Aylıq sığorta ödənişinin hesablanması 3-5 illik sığorta stajı zamanı itirilmiş aylıq əmək haqqının 50 faizi, 5-10 illik sığorta stajı zamanı itirilmiş aylıq əmək haqqının 55 faizi, 10 ildən yuxarı sığorta stajı zamanı itirilmiş aylıq əmək haqqının 60 faizi olaraq müəyyənləşir. Sığorta ödənişinin təyin edilməsi hüququna dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərinin ştatlarının ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş sığortaolunanlar malikdirlər. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Ruhəngiz Hacızadə