2023-cü ildə Azərbaycan Premyer Liqasında vurulan qolların sayı açıqlanıb
2023-cü ildə Azərbaycan Premyer Liqasında 469 qol vurulub. 2022-2023-cü illər mövsümünün ikinci, 2023-2024-cü illər mövsümünün ilk yarısında ümumilikdə 180 oyun keçirilib. Bu müddətdə 11 komanda Premyer Liqada mübarizə aparıb. İlin ən yaxşı komandası “Qarabağ”dır. Ötən mövsümün çempionu və cari çempionatın lideri il ərzində hamıdan çox – 25 qələbə qazanıb, hamıdan çox – 88 qol vurub və 81 xalla ən yaxın izləyicilərini 21 xal qabaqlayır. “Sabah” il ərzində topladığı 60 xalla ikincidir. “Neftçi” isə üçüncü sırada qərarlaşıb.
Lalə Nəsib