2026-cı ilin sonunadək 140 min insanın Qarabağ və Şərqi Zəngəzurda yerləşdirilməsi hədəflənir. Prezident İlham Əliyev
Əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunu Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib. İnfrastruktura, yaşayış yerlərinin inşasına böyük vəsaitin yatırılmasının vacibliyini vurğulayan dövlət başçısı bu ərazilərin dövlət investisiya proqramının əsas sahəsi olacağını qeyd edib.
Lalə Nəsib