90 mindən çox müşahidəçi qeydiyyatdan keçib
Seçicilərimizin sayı 6 milyondan artıqdır. Onlar 6537 məntəqədə səs verəcəklər. Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov İƏT-in nümayəndəsi Yousef Aldobeay ilə görüşündə söyləyib. Ümumilikdə 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini deyən sədr, hər məntəqəyə 13-14 nəfər müşahidəçinin düşdüyünü diqqətə çatdırıb.
Lalə Nəsib