Ağdaşda ölümlə nəticələnən qəza olub
Ağdaşın Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes" avtomobilləri toqquşub. Nəticədə “VAZ”ın sürücüsü 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən ölüb. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib. Gəncənin Nəriman Nərimanov prospektində isə 3 avtomobilin iştirakı ilə qəza baş verib. Xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Araşdırma aparılır.
Lalə Nəsib