Ağdaşda qəsdən yanğın törədən şəxs saxlanılıb
Müxtəlif vaxtlarda Ağdaşın Orta Qəsil və Qulbəndə kəndlərində evi, 2 tövlə və ot tayalarını qəsdən yandıran Rəmiş İbrahimov saxlanılıb. Bundan əlavə, narkotiklərin saxlanılması və daşınmasında şübhəli bilinən 4 nəfər də tutulub. Digər tədbirlərlə isə rayon ərazisindən “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 30 ədəd patron götürülüb. Həmçinin, rayon sakinləri qanunsuz olaraq saxladıqları iki ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. Araşdırmalar davam etdirilir.
Lalə Nəsib