Ağsuda odlu silah-sursat gəzdirən və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Astaranın Ərçivan qəsəbəsində Bakı sakini, keçmiş məhkum Aqil Şirəliyev avtomobildə saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerindən ümumilikdə 33 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin ölkəyə İrandan qaçaqmalçılıq yolu gətirilən narkotik vasitələri pul qarşılığında paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. İstintaq tədbirləri davam etdirilir.
Lalə Nəsib