Ağsuda xeyli sayda silah-sursat aşkar edilib
Ağsuda 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 246 ədəd avtomat və pulemyot patronu, 2 ədəd ətrafı işıqlandırmaq üçün nəzərdə tutulan fişəng, eləcə də avtomata məxsus sandıqça aşkar edilərək götürülüb. Rayon sakinləri isə qanunsuz olaraq saxladıqları müxtəlif markalı 6 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Lalə Nəsib