ABŞ-nin və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransa səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar. Görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi vurğulanıb. Eləcə də sözügedən ölkələrin səfirliklərinin bu fəaliyyətə cəlb olunmasına ciddi etiraz bildirilib. Sözügedən ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların ölkəmizin ərazisində qeyd edilən qanunvericiliyə zidd hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının pozuntusu olduğu qeyd edilib. Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çatdırılıb.
Lalə Nəsib