Canlı
ABŞ prezidenti azərbaycanlı həmkarının Ramazan bayramını təbrik edib

“Bu bayramı birlikdə qeyd etməyimiz bizə bir daha mərhəmət, şəfqət və xoş niyyətin vacibliyini xatırladır. Bayram münasibətilə Amerika Birləşmiş Ştatları həmin dəyərlərə Azərbaycan ilə birgə sadiqliyini bir daha vurğulayır”. ABŞ Prezidenti Donald Trampın Azərbaycanlı həmkarı İlham Əliyevə Ramazan bayramı münasibətilə ünvanladığı təbrik məktubunda belə deyilir. "Sizin və Azərbaycan xalqının mübarək bayramını təbrik edirəm. Amerika Birləşmiş Ştatlarında müsəlmanlar cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək ənənəsini davam etdirirlər” – deyə Tramp vurğulayıb.

Fərid Mehdiyev